Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?
Valideyn,övladının təhsil prosesinə cəlb olunduğu zaman, şagirdin daha yüksək akademik davamiyyəti,həmçinin imtahanlarda və testlərdə daha yaxşı nəticəsi olur. Eyni zamanda, fəallıq göstəriciləri yaxşılaşır,şagirdin sosial bacarıqları inkişaf edir, onun hərəkətləri həm evdə, həm də məktəbdə pozitiv olur. Bunlar,şagirdlərə həm məktəbdə tədris müddətində, həm də gələcək iş fəaliyyəti prosesində təsir göstərən ən əhəmiyyətli amillərdir. Lakin, valideynlər şagirdlərin məktəb həyatına səmərəli şəkildə necə daxil ola bilərlər,bu prosesdə məktəb onlara necə kömək edə bilər? "Valideynlərin cəlb olunması”nə deməkdir?
"Valideynlərin cəlb olunması”termininin mənası – həm evdə, həm də məktəbdə şagirdlərin nailiyyətləri və təhsillərinin yaxşılaşdırılması üçün, valideynlər və müəllimlər tərəfindən birlikdə və sonsuz daşınan məsuliyyətdir. O, şagirdlərin akademik nailiyyətlərinin yaxşılaşdırılmasına vahid güclə kömək etmək üçün valideynləri və müəllimləri birləşdirir. "Valideynlərin cəlb olunması” valideynlərin bir qayda olaraq hərtəfərli əlaqələrdə, şagirdin təhsil prosesində və məktəbdə keçirilən müxtəlif tədbirlərdə iştirak etməsi deməkdir. Bu zaman:
Valideynlər, övladlarının təhsil prosesində əhəmiyyətli rol oynayırlar;
Valideynlər məktəb tərəfindən planlaşdırılan tədbirlərdə iştirak edirlər;
Valideynlər, övladlarının təhsil prosesinə tam hüquqlu tərəfdaş olaraq cəlb olunurlar. Onlar, uşaqların təhsili haqqında qərarların qəbul edilməsində də iştirak edirlər. "Valideynlərin cəlb olunması”valideynlər üçün aşağıdakıları ifadə edə bilər:
İmkan daxilində məktəbin tədbirlərində daha çox iştiarak etmək;
Uşaq tərəfindən yaxşı yerinə yetirilmiş tapşırığın valideyn tərəfindən tərifləməsi və uşağın həvəsləndirilməsi; Məktəb üçün real tələblərin təyin olunması;
Müəllimlərlə daimi görüşlərdə iştirak etmək və şagirdlərin inkişafını müzakirə etmək;
Ev tapşırıqlarının yerinə yetirilməsində şagirdlərə kömək etmək;
Direktorlar və müəllimlər üçün valideynlərin məktəb həyatına cəlb edilməsi aşağıdakıları ifadə edə bilər:
Valideynlərin övladlarının inkişafı ilə bağlı müvafiq məlumatlarla təmin olunması;
Valideynlərə məktəbdə keçirilən tədbirlər haqqında məlumat verilməsi;
Şagirdlərin inkişafını müzakirə etmək məqsədi ilə daimi görüşlərin təşkil edilməsi. Yadda saxlamalıyıq ki, "valideyn” termini sadəcə anaya və ya ataya aid deyil. Uşağın tərbiyəsinə cəlb olunmuş iştənilən insana valideyn deyə bilərik. Bir qayda olaraq ata-ana uşağın təhsil və tərbiyəsinin qeydinə qalır, ancaq bundan əlavə tez-tez uşaöın tərbiyə olunması prosesində nənələr, babalar, xalalar, bibilər, əmilər, analıq, atalıq, qoruyucu, dayə və başqaları məsuliyyət götürürlər. Sənəddə, "valideyn” termini uşağın tərbiyəsi və xoş iqbalı üçün məsuliyyət daşıyan bütün yetişkin insanları nəzərdə tutur.//Aztehsil.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay