Təhsil
07.06.2021 / 12:01
Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışdı - VİDEO
13417
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində yaradılacaq Qarabağ Universiteti haqqında açıqlama verib.
E.Hüseynov “Report”un Ağdama ezam olunmuş əməkdaşına bildirib ki, Ağdam şəhərinin Baş Planında təhsil məhəlləsi üçün yer ayırlıb:
“Cənab Prezident artıq Ağdam şəhər 1 nömrəli məktəbin təməlini qoydu. Eyni zamanda Baş Planda nəzərdə tutulub ki, bölgədə böyük bir Qarabağ Universiteti məhs Ağdam şəhərində yaradılsın. Bununla yanaşı, müxtəlif texniki peşə məktəblərinin və liseylərinin də inşası nəzərdə tutulur. Bütün bunların konsepsiyası hazırda işlənilir və hazır olduqca ictimaiyyətə təqdim olunacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay