Birinci sinifə qəbul üçün Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək – RƏSMİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
İdarədən Valyuta.az-a bildirilib ki, görüşdə çıxış edən İdarə müdiri Mehriban Vəliyeva I sinfə elektron qeydiyyat prosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirib.
“I sinfə elektron qeydiyyat sisteminin (//mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsinə xidmət edir. Bu sistem şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinədəstək olacaq”.
İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb və müəllim seçimi prosesinə isə aprelin 29-dan start veriləcəyini xatırladıb.
Sektor müdiri ümumi təhsil məktəbləri, lisey və gimnaziyalara I sinfə şagird qəbulu qaydalarını geniş şəkildə izah edib, valideynlərə kömək məqsədilə onlayn Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyət göstərəcəyini söyləyib.
Görüşün sonunda paytaxtda birinci sinfə elektron qəbulla bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib, müvafiq tövsiyələr verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay