Distant təhsil ali təhsilin yeni forması kimi qəbul ediləcək – QANUN LAYİHƏSİ
Ali təhsilalma formaları müəyyənləşib.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formaları aşağıdakılardır:
- əyani təhsil (təlim və tədrisə tam cəlb olunma-fulltime)
- qiyabi təhsil (təlim və tədrisə qismən cəlb olunma-parttime)
- distant ( təlim və tədrisə məsafədən qoşulma),
- sərbəst( eksternat).
Ali təhsilin səviyyələri üzrə təhsilalma formalarının tətbiqi aşağıdakı kimi müəyyən olunur:
Subbakalavr səviyyəsində - əyani, qiyabi distant, sərbəst;
Bakalavriat səviyyəsində - əyani, qiyabi, distant, sərbəst və əsas (baza ali) tibb təhsili səviyyəsində -əyani;
Magistratura səviyyəsində - əyani, distant;
Rezidentura səviyyəsində - əyani;
Doktorantura səviyyəsində - əyani, qiyabi;
Yenidənhazırlanma təhsili üzrə - əyani, distant;
Təkrar ali təhsil üzrə -əyani, qiyabi, distant.
Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Zəruri hallarda, müasir təlim texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay