DİM verdiyi sözü tutmadı: 11-ci siniflər əziyyət çəkdi
Aprelin 16-da orta ümumtəhsil məktəblərində 11-ci sinif şagirdlərinin buraxılış imtahanı keçirilib.
Valyuta.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, imtahanda Azərbaycan dili və xarici dillər üzrə tərtib edilən test tapşırıqlarına nisbətən riyaziyyat fənninin sualları çətin olub. Şagirdlərin böyük əksəriyyəti tapşırqıları yazmaqda çətinlik çəkib. Halbuki pandemiya səbəbindən dərslərin onlayın qaydada keçirilməsini nəzərə alaraq DİM orta ümumtəhsil məktəblərində tərtib olunan test tapşırqılarının asanlaşdıracağını bəyan etmişdi.
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, imtahandan sonra müxtəlif məktəblərdə monitorinq apardıq:
"3 mindən çox şagird arasında sorğu keirilib. Şagirdlərin 95%-i Azərbaycan dili və xarici dillər fənnindən razı qalıb. 80%-i isə riyaziyyat fənnindən sualların çətin olduğunu qeyd edib. Hətta şagirdlərin çoxu tam cavab yazmada cətinlik çəkdiyini deyib. Şagirdlər bildiriblər ki, Azərbaycan dili və xarici dili fənnindən test tapşırıqları daha asan, riyaziyyat fənnindən təqdim edilmiş test tapşırqıları onunla müqayisədə çətin olub. Bu, gözlənilən idi. Çünki pandemiyadır, bir ildir ki, dərslər məsafədən keçirilir. Bu il buraxılış imtahanı verəcək 11-ci sinif şagirdləri məktəbə getməyiblər və dərsləri onlayın qaydada keçiblər. Təbii ki, məsafədən təhsil zamanı riyaziyyat fənnini tam öyrətmək çətindir. Bundan əlavə, Vətən müharibəsi zamanı da internetə müəyyən məhdudiyyətlər qoyuldu. Bu, təbii ki, riyaziyyat fənninin yaxşı mənimsənilməsində problemlər ortaya qoyacaqdı".
Kamran Əsədov qeyd edib ki, riyaziyyat fənnindən test tapşırqılarının qapalı olması dəfələrlə təklif edilib:
"Təəssüf ki, təqdim edilmiş test tapşırqıları arasında açıq və situasiya tipli test tapşırqıları vardı. Yəni, yazma tələb edən açıq suallar. Bu da müəyən qədər şagirdlərə mənimsəməsi çətin olan bir bacarıq idi. Dərs zamanı bunu lövhə üzərində mənimsəmək mümkün idi. Amma onlayın dərsdə həmin bacarıqlar şagirdlərdə formalaşdırıla bilmir".
Ekspert növbəti imtahanlarda bu problemin aradan qalxacağına inanır:
"Ümid edirəm ki, növbəti imtahanlarda sadələşdirilmələr olacaq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay