Daha bir təhsil mərkəzində əyani tədris dayandırılıb – Dövlət Agentliyi
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində 13 aprel tarixindən etibarən Mərkəzdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Valyuta.az-a bildirilib ki, müəllim və tələbə heyəti arasından 9 nəfər şəxsin COVID-19 testi pozitiv çıxması səbəbindən Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi belə bir qərar verib.
Qeyd edək ki, hazırda peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı tələbələrin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay