BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
10987

"Universitetlərin öz tələbələrini seçməsi ilə bağlı arqumenti gətirənlər ölkəmizdə mərkəzləşmiş qəbul sisteminin tətbiqinin əsas səbəblərini unudurlar". 

Valyuta.az xəbər verir ki, bu sözləri Modern.az-a müsahibəsində, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib. 

DİM sədri bildirib ki, bu sistem tətbiq olunana qədər ali məktəblərə qəbul sistemində subyektivlik, o cümlədən qohumbazlıq, favoritizm və digər növ bariz korrupsiya hallarının tüğyan etməsi heç kimə sirr deyildi: 

“Qeyd olunan neqativ hallarla yanaşı, sistemin mahiyyətindən irəli gələn vahid standart və meyarların olmaması da qeyri-obyektiv qiymətləndirməyə və nəticə etibarı ilə ədalətsizliklərə səbəb olurdu. Nəzərə alınmalıdır ki, istənilən cəmiyyətdə asan yolla öz istəklərinə nail olmaq istəyən insanlar sistemdəki boşluqları sürətlə müəyyən edir və ondan istifadə edirlər. Bu cür boşluqları olan sistemdə cəmi bir-neçə pis niyyətli şəxsin olması kifayətdir ki, bütün akademik ictimaiyyətin etibarını şübhə altına qoysun və vətəndaşların dövlətə olan inamını zədələsin”. 

Onun sözlərinə görə, insan faktorunun təsirini minimuma endirən, aydın standartlara əsaslanan avtomatlaşdırılmış şəffaf qiymətləndirmə və seçmə sistemi qeyd olunan neqativ halları demək olar ki, tamamilə ortadan qaldırdı:

“Ümumiyyətlə, təcrübə göstərir ki, yaxşı planlaşdırılmış mərkəzləşmiş sistemlərin tətbiqi yerlərdə korrupsiyanın qarşısını almaq və vahid xidmət standartların tətbiqi baxımından səmərəli yanaşmadır. Buna ən uğurlu nümunələrdən biri kimi ASAN Xidməti göstərmək olar. İlk baxışdan bir-birindən tamamilə fərqli olan orqanların üst-üstə düşən funksiyalarının bir xidmət çərçivəsində birləşdirilməsi xidmət səviyyəsinin ciddi şəkildə yüksəlməsinə səbəb oldu. Burada həm ideyanın mükəmməlliyini həm də effektiv keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqini qeyd etmək lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin