Dövlət İmtahan Mərkəzinin dərc etdiyi jurnal və test toplularının sayı AÇIQLANDI
Son 5 il ərzində Azərbaycan və rus dillərində 111 adda (59 nömrə və 52 xüsusi buraxılış) “Abituriyent” jurnalı və onun xüsusi buraxılışları olan “Xüsusi qabiliyyət imtahanları”, “Magistr”, “Rezidentura” və “Dövlət qulluğu” jurnalları dərc edilib.
Valyuta.az DİM-ə istinadən xəbər verir ki, bu barədə qurum rəhbəri Məleykə Abbaszadə yazdığı məqaləsində bildirib.
M.Abbaszadə qeyd edib ki, 2016-2021-ci illərdə 1-11-ci sinif dərslikləri əsasında 126 “Qiymətləndirmə tapşırıqları” kitabçaları (Azərbaycan və rus dillərində), fənlər üzrə vəsaitlər, “İngilis dili lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla yenidən işlənib hazırlanıb.
Onun sözlərinə görə, ibtidai siniflər (1-4-cü siniflər) üzrə qiymətləndirmə kitabçaları Azərbaycan və rus dillərində ilk dəfə hazırlanıb.
“Bundan əlavə, Yeni təhsil proqramı (kurikulum) üzrə imtahanlara hazırlaşanlar, yuxari sinif şagirdləri və müəllimlər üçün vəsaitlər (Azərbaycan və rus dillərində vəsaitlər 16 adda), Test topluları (Azərbaycan və rus dillərində toplular 24 adda), Rezidenturaya qəbula hazırlaşanlar üçün vəsaitlər (Azərbaycan və rus dillərində – 12 adda), Magistraturaya qəbula hazırlaşanlar üçün vəsaitlər (Azərbaycan dilində – 2 adda (İnformatika vəsaiti və Məntiqi təfəkkürü yoxlayan testlər), Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün “Dövlət qulluğu”na aid vəsaitlər Azərbaycan dilində – 2 adda (Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat və Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üzrə test tapşırıqları toplusu), Elmi-statistik araşdırmaların nəticələrinə dair vəsaitlər Azərbaycan dilində – 77 adda (“Tələbə qəbulunun gender aspektləri” (“Qadınlar statistikada”), “Kənd təsərrüfatı profilli ixtisaslar statistikada” və “Neft-qaz ixtisasları statistikada” və Rayonlar üzrə statistika (74 hər rayon üzrə ayrı kitabça) nəşr olunub” - deyə DİM sədri əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay