Distant təhsil ailələr üçün böyük stres və diskamfort yaradır – NAZİR
“Distant təhsilin ailələr üçün böyük stres və diskamfort yaratdığını bilirəm. Bunu başa düşürük”.
Valyuta.az-ın verdiyi xəbərə görə, distant təhsillə bağlı yaranan suallara aydınlıq gətirən Təhsil naziri Emin Əmrullayev bildirib.
“Məncə cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur” – deyən nazir qeyd edib ki, bu tədrisə pandemiyanın törəməsi kimi baxmalıyıq:
E.Əmrullayev, bəzi problemlərin qısa müddətdə aradan qaldırılmasının real görünmədiyini diqqətə çatdırıb:
“Bəzi qəsəbələrdə qısa müddətdə internetin təmin edilməsi obyektiv səbəblərdən mümkün deyil. Hər müəllimin distant dərsləri eyni keyfiyyətdə keçməsi kifayət qədər çətindir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın kənd yerlərində distant tədrisin problemləri özünü daha ciddi şəkildə büruzə verir. Ona görə də tele-dərslərdən istifadə olunur”.
Ailələrin rolunun hazırda əvvəlkindən daha çox olduğunu deyən nazir vurğulayıb ki , əvvəlki dövrlə müqayisədə hazırda həm övladlarını psixoloji nöqteyi-nəzərdən dəstəkləməsi, həm də öyrətməsi baxımından valideynlərin rolu daha önəmlidir.
Onun fikrincə, emosioları düzgün idarə etmək lazımdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay