Məktəbdaxili qiymətləndirmə ilin sonunda da qaydalara uyğun aparılacaq – Təhsil Nazirliyi
“Birinci yarımildə məktəbdaxili qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmri oldu. Məktəbdaxili qiymətləndirmə mövcud vəziyyətə uyğunlaşdırıldı və keçirildi”.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib.
Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə tədris ilinin sonunda da qaydalara uyğun aparılacaq:
“Əgər mövcud vəziyyət davam edərsə, bununla bağlı Təhsil Nazirliyinin qərarı olacaq. Bu o deməkdir ki, distant təhsildə olan rayon və şəhərlərdə imtahanlar müvafiq qaydada keçiriləcək. Əyani və hibrid təhsil forması davam edən rayonlar və şəhərlərlə bağlı da müvafiq qərar veriləcək. Bununla bağlı çətinlik və problem olmayacaq. Buraxılış imtahanları ilə əlaqədar təbii ki, Dövlət İmtahan Mərkəzində olan həmkarlarımız qərar verəcəklər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay