Yoluxma daha az baş verdiyi yerlərdə tədris davam edəcək – Nazir
"Bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonu) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi".
Valyuta.az xəbər verir ki, bu fikri Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” səhifəsində yazıb.
Aparılan təhlillərə istinad edən nazir bildirib ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür:
“Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur”.
E.Əmrullayev, pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair 30 mart tarixində elan etdikləri sorğunun nəticələrini də açıqlayıb:
“Bu sorğu çərçivəsində 50 mindən çox rəy qəbul edilib. Rəylərin əksəriyyətinə görə məktəblərin bu və ya digər formada distant tədrisə keçirilməsi qeyd olunur. Nəticələr aşağıdakı diaqramda əks olunub. Sorğuda iştirak edən hər kəsə təşəkkür edirəm. İctimaiyyətin fikrinin qərar qəbulunda nəzərə alınması bizim üçün çox önəmlidir”.
Məlum olduğu kimi, pedaqoji və texniki heyətin peyvənd olunması prosesinin davam etdiyini qeyd edən nazir vurğulayıb ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur:
“Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm. Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay