Statistika
24.03.2021 / 09:19
Elektron və optik məhsulların istehsalı nə qədər artıb?
9594
Cari il ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalında artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, ölkədə 29,6 milyon manatlıq məhsul istehsal olunub.
Bu da onu göstərir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalında 3,0 dəfə, elektrik avadanlıqların istehsalı isə 6,2 faiz artım baş verib.
Dövr ərzində əvvəlki ilanaloji dövrü ilə müqayisədə stolüstu kompüterlərin istehsalı 28,3 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 42,1 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqilləri isə 4,0 faiz artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay