Statistika
22.03.2021 / 13:46
Qeyri neft-qaz məhsullarının ixracında son VƏZİYYƏT
9581
2021-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracında faktiki qiymətlərlə artım, real ifadədə azalma baş verib.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, bu artım 2020-ci ilin yanvar ayı ilə müqayisədə ixracında faktiki qiymətlərlə 3,8 faiz olub.
İxrac əməliyyatı real ifadədə isə 12,9 faiz azalaraq 146,1 milyon dollara bərabər olub.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (36,1 faiz), Rusiyaya (29,3 faiz), İsveçrəyə (6,9 faiz), Gürcüstana (4,4 faiz), Çinə (2,9 faiz), ABŞ-a (2,5 faiz), İtaliyaya (2,2 faiz), Ukraynaya (2,2 faiz), Almaniyaya (1,4 faiz), Birləşmiş Krallığa (1,3 faiz), İrana (1,1 faiz), Yaponiyaya (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay