Meyvə şirələrinin və üzüm şərabının ixracı artıb
2021-ci ilin yanvar ayında təzə meyvə, meyvə və tərəvəz şirələri, təbii üzüm şərabları ixracı artıb.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, cari ilin yanvar ayında 2020-ci ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər 2,7 dəfə, meyvə və tərəvəz şirələri 1,9 dəfə, çay 2,2 dəfə, təbii üzüm şərabları və üzüm suslosu 3,8 dəfə, kartof 2,8 faiz, pambıq lifi 42,6 faiz, pambıq ipliyi 9,5 faiz, bentonit gili 12,7 faiz artıb.
Təzə tərəvəz ixracı isə 33,9 faiz, bitki yağları 46,2 faiz, meyvə və tərəvəz konservləri 18,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 25,5 faiz, tütün 81 faiz, polietilen 16,8 faiz, emal olunmamış alüminium 16,3 faiz, qara metallardan boruların ixracı 21,9 faiz azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay