Azərbaycanın tranzit yükdaşımaları cüzi azalıb
Pandemiyanın iqtisadiyyatın bir çox sahələrinə mənfi təsir göstərməsinə baxmayaraq, tranzit sektorunda stabillik müşahidə olunub.
Azərbaycan İqtisadiyyat Nazirliyindən Valyuta.Az-a verilən məlumata görə, 2020-ci ildə 8,2 mln. ton tranzit yük daşınıb və əvvəlki illə müqayisədə cəmi 0,3% azalma qeydə alınıb. Qeyri-neft sektoru üzrə tranzit daşımalarda yüklərin həcmi son 6 ildə 3,5 dəfədən çox artaraq 2020-ci ildə 3,5 mln. ton təşkil edib.
Daşımaların 83%-i dəmir yolu, 17%-i isə avtomobillə (TIR) həyata keçirilib. TIR-la tranzit daşımalar son 6 ildə Şərq-Qərb tranzit dəhlizi üzrə ildə orta hesabla 100 min tondan artaraq 2020-ci ildə 600 min tona çatıb. Dəmir yolu ilə daşımalarda ən çox artım Şimal-Qərb marşrutu üzrə müşahidə olunub. Bu dəhlizlə daşımalar son 6 ildə 4 dəfə artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay