Azərbaycanın Türkiyə ilə müsbət ticarət saldosu 13% azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 541,149 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 302,667 mln. dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6% azdır. İdxalın həcmi isə 238,483 mln. dollara bərabər olub ki, bu göstərici illik müqayisədə 0,7% artıb.
Nəticədə, 2021-ci ilin yanvar-fevral aylarında 64,184 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 13,2% azdır.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.
Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay