Statistika
18.03.2021 / 17:53
Daşınmaz əmlakın tikintisi və alınması üzrə kreditlərin həcmində tarixi rekord
9439
Bu ilin fevralın 1-nə Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) kredit qoyuluşlarının həcmi 2,120 mlrd. manat təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Son bir ayda sözügedən kreditlərin həcmi 1,3%, son bir ildə isə 10,2% artıb. Daşınmaz əmlakın tikintisinə və alınmasına yönəldilən kreditlər ümumi ölkə üzrə kredit qoyuluşlarının 14,5%-ni təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin martın 1-nə İpoteka və Kredit Zəmanət Fondu 32 326 şəxsə 1 696 943 791 manat məbləğində ipoteka krediti verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay