Statistika
17.03.2021 / 15:13
Yumurta istehsalı azalıb
9327
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 301,7 mln. ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,5% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bununla yanaşı hesabat dövründə ölkədə quş əti də daxil olmaqla diri çəkidə 85,4 min ton ət və 314,2 min ton süd istehsal olunub.
Bu göstəricilər üzrə ötən ilin ilk iki ayı ilə müqayisədə müvafiq olaraq ət istehsalı üzrə 3%, süd istehsalı üzrə 1,5% artım qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay