Azərbaycan polietilen ixracından gəlirini kəskin artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 371 ton ilkin formalarda polietilen ixrac edib.
Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə məhsulun dəyəri 23,616 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 193 ton (27,07 %) az və 10,201 milyon ABŞ dolları (76 %) çoxdur.
Ötən iki ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 7,1 %, ilkin formalarda polietilenin ixracda payı 0,85 % olub.
Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.//report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay