Xarici ölkələrə ixrac olunan təbii qazın həcmi AÇIQLANDI
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə ixrac olunan təbii qazın həcmi açıqlanıb.
Dövlət Gömrük Komitəsindən Valyuta.az-a verilən məlumata görə, bu dövrdə ölkədən 3 mlrd 318 mln 506,3 min kubmetr və ya 357 mln 692,34 min ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.
Bu həcmlərin 2 mlrd 062 mln 810,13 min kubmetri Türkiyəyə, 1 mlrd 244 mln 846,58 min kubmetri Gürcüstana ixrac edilib.
Bundan başqa, ötən iki ayda İtaliyaya 10 mln 794,1 min kubmetr, Bolqarıstana isə 55,49 min kubmetr təbii qaz ixrac edilib.
İki ay ərzində Türkiyəyə ixrac edilən təbii qazın ümumi dəyəri 180 mln 041,35 min ABŞ dolları, Gürcüstana 175 mln 501,85 min ABŞ dolları təşkil edib.
Həmçinin, bu il İtaliyaya 1 mln 949,05 min ABŞ dolları, Bolqarıstana isə 200,08 min ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay