Statistika
19.03.2021 / 16:35
Spirtli içkilərin ixracı azalıb
9272
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 1 818,54 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
Valyuta.Az məlumat verir ki, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4% azalıb.
Cari ilin ilk iki ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,55%-ə bərabər olub.
Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 6 976,64 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 26,9% azdır. Cari ilin yanvar-fevral aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,43% təşkil edib.(APA)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay