Azərbaycanda əmtəə dövriyyəsi niyə azalıb? – RƏSMİ
Cari ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6027,9 milyon manatlıq məhsul satılıb.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, xidmət subyektləri tərəfindən 1213,4 milyon manatlıq ödənişli xidmət göstərilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 16,1 faiz azalıb.
Bu dövrdə ticarət şəbəkəsində 3205,0 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2822,9 milyon manatlıq qeyri-ərzaq
məhsulları satılıb.
Əmtəə dövriyyəsinin azalması qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsinin 4,9 faiz azalması hesabına baş verib, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə dövriyyə isə 2,0 faiz artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay