15.03.2021 / 16:30
Bu il tibbi ləvazimatların alınmasına nə qədər vəsait sərf olunub? - STATİSTİKA
9137
2021-ci ilin yanvar-fevral aylarında əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunan vəsaitlərin həcmi məlum olub.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a daxil olan məlumata görə, istehlakçılar tərəfindən 138,4 milyon manat vəsait sərf olunub.
Bu da onu göstərir ki, əvvəlki ilin analoji dövrü ilə müqayisədə qeyd edilən sahəyə 51% və ya 47,1 mln. manat artıq xərc çəkilib.
Qeyd edək ki, əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunan vəsait alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,3 faizi həcmindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay