Azərbaycan 122 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib - RƏSMİ
Cari ilin yanvar ayında hüquqi və fiziki şəxslər tərəfindən dünyanın 122 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilib.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, 61 ölkəyə məhsul ixrac olunub, 117 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2242,4 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 1454,9 milyon dollarını və ya 64,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 787,5 milyon dollarını (35,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib və nəticədə 667,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,7 faiz, real ifadədə 10,1 faiz, o cümlədən idxal 12,3 faiz, ixrac isə 9,1 faiz azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay