MDB dövlətləri ilə aparılan ixrac əməliyyatları niyə azalıb? – RƏSMİ RƏQƏMLƏR
Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərlə aparılan ixrac əməliyyatlarında azalmalar müşahidə olunub.
Valyuta.az Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, ancaq Avropa İttifaqı və hər iki birliyə daxil olmayan müstəqil dövlətlərlə həyata keçirilən əməliyyatlarda isə artım baş verib.
Belə ki, cari ilin ilk ayı ərzində MDB dövlətləri ilə aparılan əməliyyatların həcmi 161 mln. ABŞ dolları olub. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 189 mln. 946 min ABŞ dolları təşkil edib. Burdan aydın olur ki, bir il ərzində 28 mln. 808 ABŞ dolları və ya 15,16% faiz azalma baş verib.
Ölkə üzrə |
2021 |
2020 |
Fərq |
MDB ölkələri |
161 138 |
189 946 |
-28 808 |
Aİ ölkələri |
180 354 |
155 902 |
+24 452 |
Digər ölkələr |
446 008 |
375 064 |
+70 944 |
Ancaq Avropa İttifaqı və hər iki birliyə daxil olmayan müstəqil dövlətlərlə aparılan əməliyyatların həcmi artaraq 180 mln. 354 min ABŞ dolları təşkil edib.
Ötən il analoji dövründə isə 155 mln. 902 min ABŞ dolları həcmində olub ki, ki bu da 24 mln. 452 min ABŞ dolları və ya 15,7% artım deməkdir. Bu il digər ölkələrlə həyata keçirilən idxal əməliyyatlarının ümumi məbləği 446 mln.8 min ABŞ dolları, ötən il isə 375 mln.64 min ABŞ dolları həcmində olub. Burda aydın olur ki, ixrac əməliyyatları 70 mln. 944 min ABŞ dolları və ya 19% faiz artıb.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay