Statistika
11.03.2021 / 10:12
Azərbaycanın idxal əməliyyatları artıb
8870
Cari ilin yanvar ayı ərzində Azərbaycanın idxal əməliyyatları üzrə gəliri 787 milyon 501 min ABŞ dolları olub.
Valyuta.az Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, bu gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 mln. 589 min ABŞ dolları və ya 9.2 % artıb. Belə ki ötən dövrdə idxal gəlirləri 720 mln. 912 ABŞ dolları həcmində olub.
Qeyd edək ki, yanvar ayı ərzində idxal olunan malların çeşidlərinin sayı isə 4.752 ədəd təşkil edib. Halbuki, ötən dövrlə bu rəqəm 4.889 ədəd olub. Bu da onu göstərir ki, idxal olunan malların çeşidində 137 ədəd və ya 2,8 faiz azalma baş verib.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay