Statistika
04.03.2021 / 11:43
Azərbaycanın ötənilki idxalının 64%-i ƏDV-yə cəlb olunmayıb
8472
2020-ci ildə Azərbaycan xaricdən 10,73 milyard ABŞ dolları dəyərində mal idxal edib. İdxal əməliyyatlarının 59%-i tamamilə gömrük rüsumlarından azad olunub.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrıə həsr olunmuş tədbirdə bildirib.
"Əməliyatların 41%-i gömrük rüsümlarına cəlb edilib. O cümlədən idxalın 26,5%-i 15%-lik, 8,2%-i 5%-lik, 5,6%-i isə spesipik dərəcə ilə gömrük rüsumu ilə əhatə olunub", - deyə o, qeyd edib.
Bundan başqa, S.Mehdiyev qeyd edib ki, ƏDV üzrə azadolmaların ümumi idxalda çəkisi 64% təşkil edib. //Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay