Azərbaycana “ağ qızıl”dan valyuta daxilolması artıb
Bu ilin yanvar ayında Azərbaycandan 10 min 387 ton pambıq lifi göndərilib.
Valyuta.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
2021-ci ilin yanvarında ixrac edilən pambıq lifinin dəyəri 14 milyon 310 min ABŞ dolları olub.
Ötən ilin eyni ayında ölkədən 10 milyon 561 min dollarlıq 7 min 860 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 35.5% artıb, miqdar ifadəsində isə 32.2% artıb.
Onu da qeyd edək ki, cari ilin yanvarında Azərbaycandan 3 milyon 192 min dollarlıq 1 381 min ton pambıq ipliyi ixrac edilib. 2019-cu ilin müvafiq dövründə isə pambıq iplik 2 milyon 876 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 1 261 min ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 11%, miqdarı isə 9.5% artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay