Statistika
22.02.2021 / 14:16
755 əmtəə nişanının qeydiyyata alınmasından imtina edilib
7953
Əmtəə nişanları və sənaye nümunələri üzrə əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 2288 iddia sənədi daxil olub.
Trend-in məlmatına görə, bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 2020-ci ilin yekunları üzrə görülmüş işlər barədə Hesabatında deyilir.
Qeyd olunur ki, kargüzarlıqda olan əmtəə nişanlarına dair iddia sənədləri üzrə ekspertizanın nəticələrinə əsasən 2030 ilkin ekspertiza bildirişi, 1971 iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayış, 779 ekspertiza sorğusu, 767 iddia sənədinin geri çağırılması haqqında bildiriş, 793 əmtəə nişanının qeydiyyata alınması haqqında qərar, 755 əmtəə nişanının qeydiyyatından imtina haqqında rədd bildirişi tərtib edilərək iddiaçılara təqdim edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay