Elektrik enerjisini əhaliyə baha, xaricə ucuz satmışıq – RƏQƏMLƏR
Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 8 milyon 404,85 min kVt.saat elektrik enerjisi ixrac edilib və bu həcmdə elektrik enerjisinin dəyəri 349,73 min dollar olub.
Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, xaricə satılan elektrik enerjisinin 1 kVt.saatının gömrük dəyəri 4,1 sent və ya mövcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 6,9 qəpik təşkil edib.
Ötən ilin eyni dövründə xaricə satılan elektrik enerjisinin 1 kVt.saatının gömrük dəyəri isə 5 sent (8,6 qəpik) olub.
Məlumat üçün onu da qeyd edək ki, hazırda 1 kVt.saat elektrik enerjisinin daxili bazardakı qiyməti aylıq istehlak 300 kVt.saatadək olduğu zaman 7 qəpik (4,1 sent), 300 kVt.saatdan artıq olduqda isə 11 qəpiyə (6,5 sent) bərabərdir. //Yeniavaz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay