22.02.2021 / 11:01
Təbii qaz əhaliyə və xaricə neçəyə satılır? – Qiymətlər
7938
Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 1 milyard 120 milyon 220,67 min kubmetr təbii qaz satılıb və bu həcmdə təbii qazın dəyəri 100 milyon 26,39 min dollara bərabər olub.
Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, xaricə satılan təbii qazın 1 kubmetrinin qiyməti 8,9 sent və ya mövcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 15,2 qəpik təşkil edib.
Məlumat üçün onu da qeyd edək ki, hazırda 1 kubmetr təbii qazın daxili bazardakı qiyməti aylıq istehlak 2200 kubmetrədək olduğu zaman 10 qəpik (5,9 sent), 2200 kubmetrədən artıq olduqda isə 20 qəpiyə (12 sent) bərabərdir. //yeniavaz
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay