21.02.2021 / 12:29
Keçən il topdansatış ticarət dövriyyəsi azalıb
7925
2019-cu illə müqayisədə 2020-ci ildə topdansatış ticarət dövriyyəsi 7,5 faiz azalaraq 28 milyard 482,9 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Valyuta-a bildirilib ki, ticarət dövriyyəsinin 39,8 faizini ərzaq məhsulları, 10,3 faizini içkilər və tütün məmulatları, 10,5 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 8,5 faizini toxuculuq məhsulları, geyim və ayaqqabılar, 4,7 faizini avtomobil benzini və dizel yanacağı, 1,8 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 1,8 faizini elektrik malları və mebellər, 22,6 faizini isə digər qeyri-ərzaq malları təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay