Azərbaycanda inflyasiya məhdud çərçivədə qalacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yanvar ayı üçün təqdim olunan işgüzar etimad indeksi (BCI) sənaye sahəsində ötən ilin dekabrındakı ilə eyni səviyyədə, pərakəndə ticarət və xidmətlər sahəsində isə azalıb.
Ölkə iqtisadiyyatına dair Dünya Bankının aylıq hesabatlarının (Azerbaijan Monthly Economic Update) fevral buraxılışına görə, dekabr ayında inflyasiya 2,7 faiz təşkil edərək AMB-nin 4 ± 2 faizlik hədəf hüdudu çərçivəsində qalıb.
O cümlədən ərzaq qiymətləri dekabr ayı ərzində orta hesabla 1,8 faiz artıb, qeyri-ərzaq mallarının isə qiyməti dəyişməyib. “Yanvarın 6-da yanacaq tariflərində açıqlanmış benzin üçün 11 faizlik, dizel üçün 33 faizlik artıma, yanvarın 30-da isə su tarifinin ikiqat artırılmasının qarşıda qiymət artımına səbəb olacağı gözlənilsə də, inflyasiyanın bütövlükdə AMB-nin hədəf hüdudları çərçivəsində qalacağı yüksək ehtimaldır”, - hesabatda qeyd olunur.
Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətlər indeksi ötən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz, o cümlədən ərzaq, içki, tütün məlumatlarına dair 4,6 faiz, qeyri-ərzaq mallarına dair 3,5 faiz, ödənişli xidmətlərə dair 1,3 faiz artıq olub. // Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay