Statistika
15.02.2021 / 13:52
Azərbaycan vətəndaşları yanvarda Türkiyədə neçə mənzil alıb? - Statistika
7605
2021-ci ilin yanvar ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 68 daşınmaz əmlak alışı həyata keçirib.
Türkiyənin Statistika İdarəsinin verdiyi məlumata əsasən, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan 10-cu sırada qərarlaşıb.
Yanvar ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 31 ədəd və ya 31,3 faiz azalıb. Əvvəlki ayla (2020-ci il dekabr) müqayisədə isə bu, 87 ədəd və ya 2,3 dəfə azdır.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında xarici vətəndaşlar tərəfindən ümumi 2 712 daşınmaz əmlakın alışı həyata keçirilib. Satışların əksəriyyəti İstanbul, Antalya və Ankaranın payına düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay