Statistika
21.01.2025 / 15:52
BTC kəməri ilə nəql edilən neftin 80%-dən çoxu Azərbaycanda hasil edilir
63525
Ötən il ərzində Azərbaycandan magistral neft kəmərləri ilə 38 milyon 752,1 min ton neft nəql edilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. İl ərzində bu kəmər vasitəsilə 29 milyon 470,9 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 82%-ini Azərbaycanda hasil edilən neft təşkil edib ki, onun da miqdarı 24 milyon 172,5 min tona bərabər olub. BTC kəməri ilə nəql edilən neftin 18%-ini və ya 5 milyon 298,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay