Avtomobil satışlarında bir ilk: "Tesla" "Audi"ni geridə qoydu
"Tesla" qlobal avtomobil satışlarında ilk dəfə olaraq "Audi"ni keçib.
Valyuta.Az xəbərr verir ki, "Volkswagen" qrupunun markası olan "Audi"nin satışları 2024-cü ildə 12% azalaraq 1,67 milyon ədədə düşüb.
Avropa və Çində artan rəqabət, eləcə də elektrikli modellərə olan zəif tələb "Audi"ni keçən il 1,79 milyon avtomobil tədarük edən İlon Maskın "Tesla"sının gerisinə salıb.
Avropada elektrikli avtomobil satışları bir çox ölkənin subsidiyaları azaltmasının ardından gözlənilən səviyyədən aşağı olub. Bu problemlər keçən il "Volkswagen", "Mercedes-Benz" və "BMW" də daxil olmaqla bir sıra şirkətlərin mənfəət xəbərdarlığı etməsinə səbəb olub.
"Audi" bazar ertəsi günü verdiyi açıqlamada, Almaniya, Çin və Şimali Amerika kimi bazarlarda satışların azaldığını bildirib. Tamamilə elektrikli modellərin tədarükü isə 8% azalaraq təxminən 164 min ədədə enib.
Avtomobil istehsalçıları satışların zəifləməsi və "Volkswagen"in öz adını daşıyan markasının istehsal gücünü azaltması səbəbindən istehsalı yavaşlatmağa başlayıb. "Audi", Brüsseldə istehsal olunan elektrikli "Q8 e-tron" SUV modelinə tələbin aşağı olması səbəbindən buradakı zavodlardan birini bağlamağı planlaşdırır.
Keçən il "Tesla" üçün də tamamilə problemsiz keçməyib. ABŞ şirkəti son on il ərzində ilk illik tədarük azalmasını qeyd edib və 2024-cü ildə dünyanın ən çox tamamilə elektrikli avtomobil istehsal edən şirkəti olaraq Çinli rəqibi "BYD" qarşısında liderliyini az fərqlə qoruyub saxlayıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay