BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62523

"Tesla" ictimai şirkət kimi tarixində ilk dəfə illik satış azalmasını elan edib. 

Valyuta.Az "CNN"ə istinadən xəbər verir ki, cümə axşamı təqdim olunan məlumatlara əsasən, elektrik avtomobillərinə olan tələbin azalması və artan rəqabət şirkətin nəticələrinə mənfi təsir göstərib.  

Şirkət 2024-cü ilin IV rübündə 495,570 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% artım deməkdir. Lakin bu göstərici çinli rəqib "BYD"nin eyni dövrdə satdığı 595,413 tam elektrikli avtomobillə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Bununla belə, "Tesla"nın illik satışları 1,8 milyon avtomobil təşkil edərək, "BYD"nin illik göstəricisini 24,000 avtomobil fərqi ilə üstələyib və şirkətin dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olaraq qalmasını təmin edib.  

Ancaq "Tesla"nın 2024-cü il üzrə ümumi satışları 2023-cü ilə nisbətən 1% azalıb. Bu, şirkətin tarixində ilk dəfə illik satış azalması kimi qeydə alınıb. Qeyd edək ki, "Tesla" bir vaxtlar illik satışlarını təxminən 50% artırırdı. Şirkət, 2023-cü ildə satışlarını 2022-ci ilə nisbətən 37% artırmağı bacarmışdı. Buna görə də cüzi azalma belə ciddi yavaşlama kimi dəyərləndirilir.  

"Tesla" yalnız Çinli rəqibləri, xüsusilə "BYD", deyil, həm də "General Motors", "Ford", "Volkswagen AG", "Hyundai" və "Kia" kimi ənənəvi qlobal avtomobil istehsalçılarının artan rəqabəti ilə üzləşib. Bu istehsalçılar əsasən benzinlə işləyən avtomobillər istehsal etsələr də, elektrik avtomobilləri bazarında "Tesla"ya qarşı təzyiqlərini artırıblar.  

Tələbin azalmasına cavab olaraq, "Tesla" həm Çində, həm də ABŞ-da avtomobil qiymətlərini endirib. Şirkət, elektrik avtomobillərinin satışından hələ də zərər edən ənənəvi avtomobil istehsalçılarından daha yüksək mənfəət əldə etməsi ilə üstün mövqeyini qoruyur.  

Ümumilikdə, elektrik avtomobillərinin satışları həm ABŞ-da, həm də qlobal miqyasda artmağa davam edir, lakin keçmiş illərlə müqayisədə daha yavaş templə.  

"Tesla"nın səhmləri ("TSLA"), zəif satış hesabatından sonra ticarətin ilk saatlarında 4%-dən çox ucuzlaşıb. Bununla belə, 2024-cü ili ümumilikdə 68% artışla başa vurub. Bu artımın əsas hissəsi Seçki Günündən sonra baş verib. İnvestorlar, "Tesla"nın yeni seçilmiş prezident Donald Trampın (Donald Trump) administrasiyasının siyasətindən faydalanacağını düşünərək, şirkətin səhmlərinə maraq göstəriblər. "Tesla"nın baş direktoru İlon Maskın (Elon Musk) prezidentə dəstəyi də bu gözləntiləri artırıb.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"MicroStrategy"nin 2 milyard dollarlıq hədəfi

Azərbaycanda kərpic istehsalı artıb - Rəqəmlər

Azərbaycan təbii qaz təchizatında etibarlı tərəfdaşdır - Aleksandar Vuçiç

Dəniz səviyyəsinin artmasının neft limanları üçün təhlükəsi - "The Guardian"

"Amerikan süni intellekti üçün qızıl fürsət" - "Microsoft"un 80 milyard dollarlıq planı

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Bu ölkə “qızıl vizanı" ləğv edir

Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq

11 ayda 9 milyon manatlıq dərman istehsal edilib

Bu avtobus marşrutunun müsabiqəyə çıxarılması planlaşdırılır - AYNA

AZAL-ın təyyarəsi ilə bağlı yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

Sabah bəzi yerlərdə yağış yağacaq

"Ayıq sürücü" qaydanı pozursa, cərimə kimə yazılır?

Ukrayna valyutası tarixi minimuma düşdü

Universitetlərə qəbulda keçid balları artacaq?

Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib

2025-ə rektorsuz girən universitetlər - Yeni təyinatlar gözlənilir

2025-ə rektorsuz girən universitetlər - Yeni təyinatlar gözlənilir

Neftimiz bahalaşdı - Son qiymət

AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlandı

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb

Bu il Rusiyaya gedən miqrantların rəqəmsal profilləri yaradılacaq

"Apple"ın 2025-ci ildə təqdim edəcəyi bütün məhsullar - SƏHƏR OXUSU

"Apple"ın 2025-ci ildə təqdim edəcəyi bütün məhsullar - SƏHƏR OXUSU

Həm yerdə, həm də havada: Unikal elektromobil yaradıldı

Çin kriptovalyutalarla bağlı yeni məhdudiyyətlər tətbiq edib

Çin Avropanı "məhv edir": Dünyanın ən uğurlu avtomobil markaları

Qızılın bahalaşması fonunda "Rolex"dəki qiymət artımları - "CNN"

Qızılın bahalaşması fonunda "Rolex"dəki qiymət artımları - "CNN"

"Tesla"nın Çin satışları rekord qırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin