“Azərbaycan Dəmir Yolları”nın yükdaşıma gəlirləri 42 milyon manatdan çox azalıb
“Azərbaycan Dəmir Yolları” QSC 2023-cü ildə 602 milyon 672 min manat gəlir əldə edib.
Valyuta.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 0,2% çoxdur. 2022-cü ildə şirkət 601 milyon 408 min manat gəlir əldə etmişdi.
ADY-nin gəlirlərinin 80,2%-ini təşkil edən yükdaşıma gəlirləri 482 milyon 774 min manat olub ki, bu da 2022-ci illə müqayisədə 8,1% və ya 42 milyon 724 min manat azdır. Şirkətin tikinti gəlirləri 63,7% və ya 13 milyon 356 min manat artaraq 34 milyon 309 min manata çatıb.
Şirkət bu ilin hesabat dövründə sərnişindaşıma üzrə gəlirlərini 92,2% və ya 4 milyon 448 min manat artıraraq 9 milyon 274 min manata çatdırıb.
“Azərbaycan Dəmir Yolları” 2023-cü ili 100,963 milyon manat xalis zərərlə başa vurub. Halbuki, ADY 2022-ci ildən 48,077 milyon manat xalis mənfəətlə çıxmışdı.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay