Ötən ay Azərbaycandan xaricə qızıldan çox xurma satılıb
Bu ilin noyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma birinci yeri tutub.
Valyuta.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışına istinadən xəbər verir ki, ötən ay xurma ixracının həcmi 33,6 milyon ABŞ dolları təşkil edib.
Noyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid məhsullarda ikinci yeri qızıl, (23,2 milyon dollar dəyərində), üçüncü yeri isə meşə fındığı (18,9 milyon dollar dəyərində) tutub.
11 ayda ən çox qızıl ixrac edilib
Yanvar-noyabr aylarında ixrac olunan qeyri-neft sektoruna aid malların siyahısında qızıl 186,6 milyon dollar dəyəri ilə birinci yerdə qərarlaşıb. Bu siyahıda pambıq mahlıcı (168,9 milyon ABŞ dolları) ikinci, tomat (155,4 milyon ABŞ dolları) isə üçüncü yerdə olub.
Bunlarla yanaşı, yanvar-noyabr aylarında Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 507,1 milyon ABŞ dolları, Gürcüstana 252,9 milyon ABŞ dolları, İsveçrəyə 193,6 milyon ABŞ dolları, ABŞ-yə isə 129,6 milyon ABŞ dolları də yərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (111,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (30 ,1 milyon ABŞ dolları) ikinci, İsveçrə (24,7 milyon ABŞ dolları) üçüncü olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay