Statistika
28.12.2024 / 10:37
Azərbaycanda ümumi daxili məhsul istehsalı 10 ildə 63 milyard manat artıb - 10 ilin göstəriciləri
62294
Bu ilin yanvar-noyabr aylarında ölkədə 113 milyard 282,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. 2023-cü ilin eyni dövründə Azərbaycanda ümumi daxili məhsul istehsalı 110 milyard 212,8 milyon mant təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 11 min 104,2 manata bərabər olub ki, bu da illik müqayisədə 248 manat çoxdur. Ötən ilin müvafiq dövründə Azərbaycanda Əhalinin hər nəfərinə düşən ÜDM-in məbləği 10 min 856 manat təşkil edib.
Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı aşağıdakı cədvəldə göstərilib:
İllər | ÜDM məbləği | Əhalinin hər nəfərinə düşən ÜDM (manatla) |
2024 yanvar-noyabr | 113 milyard 282,4 milyon manat | 11 min 104,2 manat |
2023 yanvar-noyabr | 110 milyard 212,8 milyon manat | 10 min 856,0 manat |
2022 yanvar-noyabr | 121 milyon 445,8 milyon manat | 12 min 064,2 manat |
2021 yanvar-noyabr | 80 milyard 688,2 milyon manat | 8 min 55,3 manat |
2020 yanvar-noyabr | 64 milyard 709,3 milyon manat | 6 min 485,7 manat |
2019 yanvar-noyabr | 72 milyard 852,2 milyon manat | 7 min 357,8 manat |
2018 yanvar-noyabr | 72 milyard 432,1 milyon manat | 7 min 378,5 manat |
2017 yanvar-noyabr | 63 milyard 71,3 milyon manat | 6 min 481,8 manat |
2016 yanvar-noyabr | 54 milyard 433,1 milyon manat | 5 min 649,9 manat |
2015 yanvar-noyabr | 50 milyard 57 milyon manat | 5 min 255,5 manat |
Valyuta.az |
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay