BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
61931

2024-cü ilin 11 ayında Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 17 milyard 764 milyon 555 min ABŞ dolları təşkil edib.

Valyuta.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,8% və ya 5 milyard 270 milyon 509 min ABŞ dolları azdır. Ötən il bu göstərici 23 milyard 035 milyon 064 min ABŞ dolları olub. 

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracı təşkil edir. 

Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracının dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 milyard 30 milyon 14 min ABŞ dolları və ya 24,7% azalaraq 15 milyard 253 milyon 217 min ABŞ dollarına enib. Azərbaycanın 2023-cü ildə ixracının dəyəri 20 milyard 283 milyon 231 min ABŞ dolları təşkil edib. 

Avropa İttifaqı ölkələrindən Azərbaycana idxalın dəyəri 2 milyard 511 milyon 338 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,7% və ya 240 milyon 495 min ABŞ dolları azdır. 2023-cü ildə bu göstərici 2 milyard 751 milyon 833 min ABŞ dollar olub.
Azərbaycan daha çox İtaliya, Almaniya, Çexiya, Yunanıstan, İspaniya ilə ticarət əməliyyatları icra edib. 

Azərbaycanın ticarət dövriyyəsində İtaliya ilk yerdədir

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 10 milyard 315 milyon 998 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 29,3% və ya 4 milyard 283 milyon 773 min ABŞ dolları azdır. 

2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 14 milyard 599 milyon 771 min ABŞ dolları olub. Azərbaycanın İtaliyaya ixracının həcmi 9 milyard 843 milyon 81 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyard 336 milyon 848 min ABŞ dolları və ya 30,6% azdır. 2023-cü ildə Azərbaycanın İtaliyaya ixracının dəyəri 14 milyard 179 milyon 929 min ABŞ dolları təşkil edib. Bu ilin hesabat dövründə İtaliyadan Azərbaycana idxalın həcmi 472 milyon 917 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,6% və ya 53 milyon 75 min ABŞ dolları çoxdur. 2023-cü ilin hesabat dövründə bu göstərici 419 milyon 842 min ABŞ dollar təşkil edib.  

Almaniya ilə ticarət dövriyyəsi azalıb

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 426 milyon 446 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,6% və ya 207 milyon 362 min ABŞ dolları azdır. 2023-cü ilin 11 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 633 milyon 808 min ABŞ dolları təşkil edib.

Azərbaycanın Almaniyaya ixracının həcmi 682 milyon 274 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,7% və ya 108 milyon 815 min ABŞ dolları azdır. Ötən il ixracın həcmi 791 milyon 89 min ABŞ dolları təşkil edib. 

Almaniyadan Azərbaycana idxalın həcmi 744 milyon 172 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,7% və ya 98 milyon 547 min ABŞ dolları azdır. 2023-cü ildə idxalın dəyəri 842 milyon 719 min ABŞ dolları təşkil edib.  

Azərbaycanın Çexiyaya ixracı artıb

Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 40 milyon 650 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 278 milyon 150 min ABŞ dolları və ya 36,4% çoxdur. 2023-cü ilin 11 ayında ticarət dövriyyəsinin dəyəri 762 milyon 500 min ABŞ dolları təşkil edib. Azərbaycanın Çexiyaya ixracının həcmi 982 milyon 377 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43,6% və ya 298 milyon 351 min ABŞ dolları çoxdur. Ötən il ixracın həcmi 684 milyon 26 min ABŞ dolları təşkil edib.

Çexiyadan Azərbaycana idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 25,7% və ya 20 milyon 201 min ABŞ dolları azalaraq 58 milyon 273 min ABŞ dollarına enib. 2023-cü ildə bu göstərici 78 milyon 474 min ABŞ dollar təşkil edib.
 
Azərbaycanın Yunanıstana ixracının həcmi kəskin azalıb 

Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin dəyəri 559 milyon 865 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,6% və ya 782 milyon 661 min ABŞ dolları çoxdur. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 290 milyon 501 min ABŞ dolları təşkil edib. Azərbaycanın Yunanıstana ixracının dəyəri 507 milyon 840 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 59,9% və ya 759 milyon 955 min ABŞ dolları azdır. 2023-cü ildə ixracın dəyəri 1 milyard 267 milyon 795 min ABŞ dollar təşkil edib.  

Yunanıstandan Azərbaycana idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 129,1% və ya 29 milyon 320 min ABŞ dolları artaraq 52 milyon 25 min ABŞ dollarına çatıb. 2023-də idxalın dəyəri 22 milyon 705 min ABŞ dolları təşkil edib.  

İspaniyadan məhsul idxalı artıb

Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin həcmi 300 milyon 584 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 62,8% və ya 508 milyon 634 min ABŞ dolları azdır. 2023-cü ildə ticarət dövriyyəsinin dəyəri 809 milyon 218 min ABŞ dolları olub. 

Azərbaycan İspaniyaya 163 milyon 544 min ABŞ dolları dəyərində məhsul ixrac edilib, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 77,1% və ya 551 milyon 661 min ABŞ dolları azdır. 

İdxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 45,7% və ya 43 milyon 28 min ABŞ dolları artaraq 137 milyon 40 min ABŞ dolları təşkil edib. 2023-cü ildə idxalın dəyəri 94 milyon 12 min ABŞ dolları təşkil edib.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Şəfa Ocağı TM" məhkəmə qarşısında

Ölkədə tibbi turizmi necə inkişaf etdirmək olar?

Bakı Baş Səhiyyə Mərkəzi 1 milyonluq avadanlıq alır

Bank ölən şəxsin borcunu yaxınlarından tələb edir - Əhali niyə kreditlərini sığortalamır?

Yeni 3 qəpiklərin maya dəyəri 8 qəpiyə yaxındır

Qaz limiti nə vaxt sıfırlanacaq? - Rəsmi AÇIQLAMA

“Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

Rusiyaya getmək istəyənlərin nəzərinə - Yeni qaydalar qüvvəyə minəcək

“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb®

Gəncə İnnovasiya Mərkəzinin açılacağı vaxt məlum olub

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Maliyyə bazarında faizlər niyə artır?

“Aqrarkredit” BOKT-un əmlakları satışa çıxarılır

AMB ödəniş xidməti təchizatçıları ilə bağlı tələbləri təsdiqləyib

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Maliyyə uğurunun sirri açıqlandı - 50 illik araşdırma

İcbari sığortalar üzrə yığımlar kəskin artır

Mərkəzi Bankdan 650 minlik TENDER ELANI

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ixracı 5 milyard dollar azalıb - SİYAHI

Ağdama 18 milyon investisiya - 150 yeni iş yeri yaradılacaq

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% artıb

Sumqayıtda İnnovasiya Mərkəzinə "Apple" statusu veriləcək

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi®

Nazirin bacanağına məxsus bankla iki şirkət arasında kredit qalmaqalı

"Honda" və "Nissan" şirkətlərinin birləşmə tarixi açıqlandı

Nağdsız ödənişlərin əhatə dairəsi genişləndirilir

“Azintelecom” mətbuat konfransı və kommersiya tədbiri təşkil etmək üçün 150 min ayırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin