Statistika
22.12.2024 / 20:55
Əhalinin bir nəfəri ayda 480 manat pul xərcləyir
61805
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 480 manat olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 manat 80 dəpik və ya 4,5% çoxdur. Ötən ilin eyni dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 459 manat 20 qəpik təşkil edib. 2022-ci ilin eyni dövründə isə bu məbləğ 406 manat 30 qəpik idi.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 263,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 216,8 manatlıq qeyri-ərzaq malları alıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay