Redaktor
Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 1 205 ton 840 kiloqram miqdarında, 2 milyon 238 min 480 ABŞ dolları dəyərində nərə balığı gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan nərə balığının bir kiloqramının orta qiyməti 1,85 dollar (3 manat 15 qəpik) olub.
Ən bahalı nərə balığı Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından alınıb. Belə ki, bu ölkədən alınan nərə balığının bir kiloqramının orta qiyməti 79 manat 33 qəpik olub.
Azərbaycana nərə balığı gətirilən ölkələr və balığın qiyməti ilə ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
| Ölkələr | Çəki (ton) | Məbləğ (min ABŞ dolları) | Bir kiloqram üçün orta qiymət (manatla) |
| Qazaxıstan | 20 | 20 | 1,7 |
| Rusiya | 833,82 | 901,99 | 1,84 |
| Ukrayna | 20 | 25,87 | 2,2 |
| Amerika Birləşmiş Ştatları | 0,12 | 1,7 | 24,08 |
| Birləşmiş Ərəb Əmirlikləri | 1 | 4 | 6,8 |
| Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı | 0,21 | 9,8 | 79,33 |
| Çin | 58 | 248,24 | 7,27 |
| Türkiyə | 12,3 | 68,39 | 9,45 |
| Yaponiya | 0,08 | 1,82 | 38,67 |
| Belçika | 0,2 | 3,41 | 28,98 |
| Bolqarıstan | 4,68 | 35,36 | 12,84 |
| Estoniya | 132,39 | 164,82 | 2,11 |
| İtaliya | 32,28 | 242,11 | 12,75 |
| Niderland | 0,46 | 4,68 | 17,29 |
| Polşa | 90,29 | 506,29 | 9,53 |
| Valyuta.az |
Bu dövrdə Azərbaycandan xarici ölkələrə 374 min 800 kiloqram miqdarında, 1 milyon 122 min 610 ABŞ dolları dəyərində nərə balığı satılıb. Satılan nərə balığının bir kiloqramının orta qiyməti 3 dollar (5 manat 10 qəpik) təşkil edib.
Azərbaycanın nərə balığı satdığı ölkələr və balığın qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiz.
| Dondurulmuş şirin suda yaşayan balıq, nərələr | Çəki (ton) | Məbləğ (min ABŞ dolları) | Bir kiloqram üçün orta qiymət (manatla) |
| Rusiya | 328,8 | 1085,81 | 5,61 |
| Türkmənistan | 46 | 36,8 | 1,36 |
| Valyuta.az |
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025