Statistika
20.11.2024 / 17:56
Noutbuk istehsalı 3 dəfədən çox artıb
59819
Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvaroktyabr aylarında 221,3 milyon manatlıq məhsul istehsal edilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,3 faiz, elektrik avadanlıqlarının istehsalı isə 29,6 faiz artıb.
Bununla yanaşı, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə noutbukların istehsalı 3,2 dəfə, güc transformatorlarının istehsalı 66,1 faiz, ölçmə cihazlarının istehsalı isə 25,8 faiz çox olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay