Statistika
18.11.2024 / 17:40
10 ayda 50 milyard manata yaxın pul xərcləmişik
59661
2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48 milyard 343 milyon manatlıq məhsul satılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bunun 26 milyard 472,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 870,2 milyon manatını qeyri-ərzaq malları təşkil edib.
Təkcə oktyabr ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5 milyard 642,6 milyon manatlıq məhsul satılıb.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,9 faiz artıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay