Sahibkarlar 9 ayda 50 milyard manata yaxın sənaye məhsulu istehsal edib
Bu ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 47,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Məhsul istehsalı neft-qaz sektorunda 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.
Sənaye məhsulunun 64,0 faizi mədənçıxarma, 30,2 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81,1 faiz olub.
Ümumi istehsalın 89,6 faizi sənaye məhsullarının istehsalı, 10,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay