Xaricdən meyvə-tərəvəz alışına milyonlar gedir - Xərcimiz 40 milyon artıb
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 256 min 644 ton miqdarında, 195 milyon 802 min ABŞ dolları dəyərində meyvə və tərəvəz gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 26 min 947 ton (11,7%), dəyər ifadəsi ilə 42 milyon 558 min ABŞ dolları (27,8%) çoxdur. 2023-cü ilin 9 ayında xaricdən meyvə və tərəvəz idxalımızın miqdarı 229 min 697 ton, ona xərclənən vəsait isə 153 milyon 244 min manat olub.
Hesabat dövründə idxal olunan meyvə və tərəvəzin bir kiloqramının orta gömrük qiyməti 1,29 manat təşkil edib. Bu, ötən illə müqayisədə 16 qəpik baha deməkdir. Ötən ilin hesabat dövründə idxal olunan meyvə və tərəvəzin bir kiloqramının orta gömrük qiyməti 1,13 manat idi.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay