26.10.2024 / 19:16
Xaricə spirt satışından 75 milyon dollar qazanmışıq - Gəlirimiz artıb
58260
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 367 min 95 ton miqdarında, 75 milyon 302 min ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, methanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 23 min 414 ton (6,8 %), dəyər ifadəsi ilə 9 milyon 584 min ABŞ dolları (14,6 %) çoxdur. 2023-cü ilin 9 ayında Azərbaycan xarici ölkələrə 343 min 681 ton miqdarında, 65 milyon 718 min ABŞ dolları dəyərində metanol ixrac edib.
Qeyd edək ki, ixrac olunan metanol ümumi ixracın 0,38 faizini, qeyri-neft sektoru üzrə ixracın 3,05 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay