Statistika
22.10.2024 / 11:00
Dükanlarda qızıl və gümüş üzüyün satış qiyməti bahalaşıb - Rəsmi
57912
Bu ilin sentyabr ayında Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan 5 qramlıq qızıl üzüyün (750 əyarlı) orta qiyməti 677,27 manat olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, cari ilin yanvar ayı ilə müqayisədə 78,78 manat və ya 13,2 % çoxdur. Yanvarda pərakəndə ticarət mərkəzlərində satılan 5 qramlıq qızıl üzüyün (750 əyarlı) orta qiyməti 598,49 manat olub.
Ötən ay pərakəndə ticarət mərkəzlərində satılan 5 qramlıq gümüş üzüyün orta qiyməti 41,35 manat olub ki, bu da ilin ilk ayı ilə müqayisədə 1,34 manat, yaxud da 3,3 % bahadır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay