Statistika
15.10.2024 / 13:37
Dövlət büdcəsində 2,5 milyard manatdan çox profisit yaranıb
57454
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri isə 25 milyard 174,3 milyon manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,6 % və 8,4 % çoxdur.
Son nəticədə 9 ayda büdcədə ümumi daxili məhsulun 2,8 %-i qədər - 2 milyard 562,7 milyon manat profisit yaranıb. Ötən ilin eyni dövründə büdcədə 1 milyard 137,5 milyon manat kəsir olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay